XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

30 Dekabr 2016 - 13:17

“Qazprom” “Türk axını”na pul ayıracaq –310 milyon avro

qaz

Rusiyanın "Qazprom" şirkətinin Direktorlar Şurası "South Stream Transport B.V." şirkətinə 3,5 il müddətinə 310 mln. avro məbləğində kreditin verilməsini dəstəkləyib.

TASS agentliyi xəbər verir ki, bu vəsait "Türk axını" layihəsinin maliyyələşdirilməsinə yönəldiləcək.

"Qazprom" "Türk axını" inşasına 2017-ci ilin ikinci yarısında başlayacaq. "Qazprom" tərəfindən ayrılan vəsait "South Stream Transport B.V." tərəfindən "Türk axını" layihəsinin xərclərinin maliyyələşdirilməsinə sərf ediləcək. Bu vəsait boru məhsulları və avadanlıqlarının tədarükü, inşaat-montaj işlərinin görülməsi, həmçinin digər məhsul, mal və xidmətlərin alınması və ümumi inzibati xərclər üçün ödənişlərin həyata keçirilməsinə xərclənəcək.

Qeyd edək ki, "Türk axını" layihəsi Rusiya rəhbərliyi tərəfindən 2014-cü ilin dekabr ayında "Cənub axını" layihəsinin əvəzi qismində elan olunub. Layihə Qara dənizin dibi ilə Türkiyənin Avropa hissəsindən Yunanıstan sərhədlərinə qədər uzanacaq.

Layihənin ümumi dəyəri 11,4 mlrd. avrodur.

APA