XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

30 Dekabr 2016 - 14:33

İKT-nin inkişafına 585 milyon manat xərclənəcək –Strateji Yol Xəritəsi açıqlandı

manat

Azərbaycanda Telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsində müəyyən edilmiş strateji hədəflərə nail olmaq üçün ümumilikdə 585 milyon manat həcmində investisiya tələb olunur.

Bu barədə həmin sənəddə qeyd olunub.

Strateji Yol Xəritəsində nəzərdə tutulan tədbirlərin icrası dövlət büdcəsi, büdcədənkənar fondlar, Sahibkarlığa Kömək Milli Fondu, Azərbaycan İnvestisiya Şirkəti, yerli büdcələr, mülkiyyət formasından asılı olmayaraq yerli idarə, müəssisə və təşkilatların vəsaitləri, habelə birbaşa xarici investisiyalar, ölkə bank sisteminin kreditləri və qrantlar, o cümlədən beynəlxalq təşkilatların və xarici dövlətlərin kreditləri, texniki və maliyyə yardımları, maliyyə bazarlarının alətləri və qanunvericiliklə qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdiriləcək.

Maliyyə vəsaitlərinin müəyyən edilmiş prioritet hədəflər üzrə ən səmərəli şəkildə sərf olunmasını təmin etmək üçün büdcələr nəticələrə əsaslanan büdcə tərtibatı prosesi çərçivəsində işlənib hazırlanacaq. Tələb olunan maliyyə vəsaitinin böyük hissəsi mövcud büdcələrin restrukturizasiyası, özəl sektorun və müxtəlif investorların birgə maliyyələşdirmə səyləri ilə təmin ediləcək.

Report