Dünya Bankı Fars körfəzi ölkələrinin xarici borcu barədə hesabatını açıqlayıb.
Strateq.az İran KİV-lərinə istinadla xəbər verir ki, bu ölkənin 2015-ci ilin sonuna ümumi xarici borcu 6.322 mlrd. dollar təşkil edib.
2000-2015-ci illər statistikasına əsasən, 2014-cü ildə İranın xarici borcu 5.495 mlrd. dollar olub. Bu, borcun artdığına dəlalət edir.
Dünya Bankının açıqlamasına görə, xarici borcun 1 milyard 976 milyon dolları Beynəlxalq Valyuta Fondundan götürülmüş kreditlər təşkil edir.
M.Rzasoy