XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

03 Yanvar 2017 - 15:49

Qaraqum səhrasında 45 ildir yanan “cəhənnəm darvazası” –SSRİ vaxtı aşkar edilmiş qaz quyusunu söndürmək olmur

qaraqum

45 il öncə Qaraqum səhrasında, Darvaza kəndi yaxınlığında yaranmış krateri yerli əhali «Cəhənnəm darvazası» adlandırır.

Türkmənistanda yerləşən Darvaza qaz krateri dünyada ən qorxulu yerlərin siyahısına salınıb. Populyar əyləncə saytı 9gag.com bu məkan haqda məlumat yayıb. (Azadlıq radiosu)

QAZMA AVADANLIĞINI UDAN KRATER

1971-ci ildə kəşfiyyat quyusunun qazıntısı zamanı yerdə diametri 70 metr, dərinliyi isə 30 metr olan uçurum əmələ gəlib. O zaman geoloqlar yeraltı boşluqla üzləşiblər. Uçqunun baş verməsinin səbəbi də bu boşluq olub. Nəticədə qazla dolu böyük krater yaranıb.

Krater bütün qazma avadanlığını udub. Respublika hökumətinin iddiasına görə, geoloqlar və fəhlələr möcüzə nəticəsində salamat qalıblar. Yerli əhali və faunanın qazdan zəhərlənməsini önləmək məqsədilə kraterdəki qazı yandırmaq qərara alınıb. Geoloqlar ümid edirdilər ki, bir neçə il ərzində qaz yanıb tükənəcək. Ancaq Darvaza artıq 45 ildir ki, fasiləsiz yanır.

 

2010-cu ildə Türkmənistan prezidenti Gurbanqulu Berdımuhammedov uçurumu ziyarət edib. O, kraterin bu regiondakı qaz yataqlarına və geoloji kəşfiyyat işlərinə təsir etməməsi üçün onu bağlamağı əmr edib. Ancaq «Cəhənnəm darvazası» hələ də yanmaqdadır.

18 ƏN DƏHŞƏTLİ YER

2013-cü ildə Darvaza «National Geographic» jurnalının siyahısına düşüb. Məşhur səyyah Corc Kourounis kraterin dibinə enərək tədqiqat nümunələri götürmüş yeganə insandır.

Dünyadakı qorxulu yerlər siyahısına Transilvaniyanın Kluj-Napoka şəhərinin kənarındakı Hoya-Baçu meşəsi başçılıq edir. Rumıniyanın «Bermud üçbucağı» adlanan bu meşə, «gecə yatmağa imkan verməyən 18 ən dəhşətli yer» siyahısına daxil edilib.

Siyahıya bundan başqa nasistlərin yandırdıqları, Fransanın Oradur-syur-Qlan şəhəri, orta əsrlərdə günahsız məhbusların işgəncələrə məruz qoyulduğu İrlandiyadakı Lip Qəsri, hər il sentyabr-oktyabr aylarında yüzlərlə quşun özünü öldürdüyü Hindistandakı Catinqa kəndi də salınıb. Çində tərk edilmiş «Disneyland» və Cincinnatidəki (ABŞ) yarımçıq tikili də siyahıdadır.