XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

05 Yanvar 2017 - 16:22

Natiq Əliyev:“OPEK-dən o qədər də böyük təsir gözləmək lazım deyil”

natiq-aliyev

“OPEK-in iclasları çərçivəsində görülən tədbirlərin dünya bazarında neftin qiymətlərinə təsiri oldu”.

Bunu Trend-ə energetika naziri Natiq Əliyev deyib.

Nazir hesab edir ki, həmin tədbirlərin bundan sonra da təsiri olacaq: “Ancaq o qədər də böyük təsir gözləmək lazım deyil. Biz hesab edirdik ki, iclasda qəbul edilən qərarlar neftin bir barelinin qiymətini 60 dollara qədər artırsın”.

N.Əliyevin fikrincə, bu il dünya bazarlarında neftin qiyməti dünya iqtisadiyyatının inkişaf tempindən asılı olacaq: “Bu il dünya iqtisadiyyatında böyük sıçrayıs olacaqsa, iqtisadi inkişaf tempi müşahidə olunacaqsa, onda neftin qiyməti daha da bahalaşa bilər”.