XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

09 Yanvar 2017 - 11:43

İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlıhəftəlik analiz

investaz

İnvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.

 EUR

 EUR/USD məzənnəsi 2016-ci ilin 2-ci yarım ili ərzində 11% ucuzlaşsa da, Avrozonanın 2016-cı ilin yekun iqtisadi göstəricilərinin yaxşı açıqlanması fonunda son günlər qismən bahalaşdığının şahidi oluruq. Lakin 1.06$ ətrafında ticarət olunan məzənnənin bahalaşması müvəqqəti qiymətləndirilir və yenidən 1.03 və 1.01$-a kimi ucuzlaşa bilər. Dünya maliyyə bazarlarında FED-in bu il faiz artıracağı gözləntiləri dollara olan tələbatı daha da artıra bilər.

GBP

 Funt/Dollar cütlüyünün qiyməti keçən həftə ərzində neft qiymətlərinin bahalaşması fonunda 1.2431$-a kimi bahalaşsa da, cümə günü yenidən 1.2260$-a kimi ucuzlaşıb. Beləliklə, məzənnə 1.2230$-ın altında qalarsa, 1.2105$-a kimi də ucuzlaşa bilər.

 

TRY

 Dollar/Lirə cütlüyü 3.65TL-ə kimi bahalaşmaqla, tarixi rekord səviyyəsini yeniləməkdə 2017-ci ildə də davam edib. Türkiyədə siyasi hadisələrin yenidən gərginləşməsi və dolların daha da dəyər qazanması, USD/TRY məzənnəsinə də təzyiq edir və əlavə olaraq 3.71TL-ə kimi də bahalaşa biləcəyi proqnozlaşdırılır.

OIL

 Enerji bazarlarında Avropanın Brent markalı neftin qiyməti keçən həftə ərzində 57$ ətrafında ticarət olunub. Dünya birjalarında dolların möhkəmlənməsi neft qiymətlərinin bahalaşmasına qarşı müqavimət göstərsə də, bu, müvəqqəti qiymətləndirilir və Brent markalı neftin bir barel qiyməti əlavə olaraq 59$-a kimi də bahalaşa bilər. Eyni zamanda, artıq bəzi OPEC dövlətləri neft hasilatının azaldılmazı razılaşmasını həyata keçirməyə başlayıblar.

GOLD

 Əlvan metallar bazarlarında isə qızılın bir unsiya üzrə qiyməti keçən həftə ərzində 1185$-a (38.0 $/qram) kimi bahalaşdıqdan sonra ucuzlaşmağa başlayıb. Cümə günü 1173$-a (37.6 $/qram) ticarət olunan qızılın qiyməti gələcək günlər ərzində 1160$ (37.2 $/qram) və 1146$-a (36.7 $/qram)kimi də dəyər itirə bilər.