XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

09 Yanvar 2017 - 15:08

Neft Fonduna 5,8 milyard dollar mədaxil gözlənilir

dollar

Dövlət Neft Fondunun proqnozuna görə, 2016-cı ildə Fondun ümumi gəlirləri $5,8 mlrd olacaq. Bu, ötən ilkindən 2,07 dəfə çoxdur.

Belə böyük fərq onunla izah edilir ki, 2016-cı ilin büdcəsində neftin  barreli 25 dollar götürülüb. Amma ötən il Azərbaycan neftinin orta qiyməti 41,7 dollar (xalis mədaxil nəzərə alınmaqla – Turan) olub. Nəticədə Fonda $5,8 mlrd mədaxil gözlənilir. Amma məzənnə fərqindən asılı olaraq Fondun dollarla ifadə olunan aktivləri arta və ya azala bilər.

Qeyd edək ki, Fondun gəlirlərinin pik vaxtı 2011-ci ildə olub – $19,99 mlrd. 2014-cü ildə bu göstərici $16,23 mlrd, 2015-ci ildə $7,67 mlrd təşkil edib. 1 oktyabr 2016-cı il üçün ARDNF-nin aktivləri $35 822,1 mln olub. Bunun $1 872,5 mln-ı manatladır.