XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

10 Yanvar 2017 - 17:10

ƏDV-nin tətbiqi ilə bağlı banklara 1 ay möhlət verilməsinin səbəbi –Banklar Assosiasiyasından açıqlama

bank-66

Azərbaycanda elektron ticarət əməliyyatlarına ƏDV-nin tətbiqi ilə bağlı banklara 1 ay möhlət verilməsi Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşəbbüsü olub. 

Bunu  ABA-dan deyiblər.

“Bu məsələ ABA ilə Vergilər Nazirliyi arasında keçirilən görüşdə müzakirə edilib. Bildirilib ki, verginin tutulması üçün həm banklar, həm də prosessinq mərkəzləri müvafiq sazlama işləri aparmalı, elektron ticarət əməliyyatları kodlar üzrə qruplaşdırılmalı, yəni hansı əməliyyatın əmtəə, hansının xidmət olduğu müəyyən edilməlidir. Buna görə də, hökumətdən 1 ay vaxt istənilib və Maliyyə Bazarlarına Nəzarət Palatasından (MBNP) bu məsələdə ABA-ya dəstək verməsi xahiş olunub”, – ABA-dan bildiriblər.

Xatırladaq ki, MBNP və Vergilər Nazirliyi bu ayın sonuna qədər kommersiya banklarının elektron ticarətdə ƏDV tutmaması ilə bağlı razılığa gəlib. Bununla da, yeni ildən Vergi Məcəlləsinə edilmiş dəyişiklik əsasında, Azərbaycan banklarına məxsus plastik kartlarla xarici rezidentlərdən alınan xidmətlərə görə 18%-lik ƏDV-nin hesablanması 1 ay təxirə salınıb.

Report