XƏBƏR LENTİ

05 İyun 2020

Digər Xəbərlər

12 Yanvar 2017 - 12:54

Bakıda dolların “qara bazar”ı dağılır

dollar

Dünən bankların bir-birinin ardınca dollar satışına başlamaları, bu gün isə Mərkəzi Bankın hərraca 75 milyon dollar çıxartdığı barədə xəbərin yayılması “qara bazar”da qiymətlərin aşağı düşməsinə səbəb olur.

 “Marja” xəbər verir ki, bir neçə gün öncə dolları 1.90 manatdan aşağı satmayan qanunsuz valyuta ticarətçiləri dolların alış və satış qiymətlərini aşağı salmaqda davam edirlər. Bu gün “qara bazar”da dolların 1.82 manata alındığı, 1.84 manata satıldığı bildirilir.

 Bu gündən 4%-lik marja da ləğv edilib. Artıq banklar dollar daxil xarici valyutaların alış və satışına sərbəst qiymətlər müəyyən edə biləcəklər. Banklardan yüksək alış qiyməti təklif etdiyindən dollar satanlar  "Qara bazar"a üz tuturdular. Bundan sonra banklar “qara bazar” ilə rəqabətli məzənnələr təyin edə biləcək və vətəndaşlar da banklara cəlb ediləcəkdir.