XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

12 January 2017 - 21:20

Rusiya OPEK-lə razılaşmanı həyata keçirir –Neft hasilatı azaldılır

neft-qaz-1

Rusiya OPEK-ə üzv olan və olmayan ölkələr arasında əldə olunan razılaşma çərçivəsində üzərinə götürdüyü öhdəlikləri icra edir və  neft hasilatının mərhələli azaldılması prosesinə başlayıb.

Bunu Rusiyanın energetika naziri Aleksandr Novak bildirib.   

O, həmçinin qeyd edib ki,  hasilat həcminin azaldılması neft şirkətlərinin planlarını qabaqlayır.  

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bundan əvvəl Rusiya tərəfinin neft hasilatının azaldılmasına dair  üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirdiyini bildirib.  

APA