XƏBƏR LENTİ

10 Avqust 2020
09 Avqust 2020

Digər Xəbərlər

26 Mart 2015 - 07:38

Azərbaycanlılar ayda 524 dollar qazanır?
bitmap-img6
Azərbaycan 2014-cü ildə adambaşına düşən xalis aylıq gəlirləri ən yüksək səviyyədə olan ölkələrin reytinq siyahısında 104-cü yerdə qərarlaşıb.
Bu barədə statistik informasiyalar toplayan “Nation Master” nəşri məlumat verib.
Toplanan məlumatlara görə, azərbaycanlılar vergiləri çıxmaq şərti ilə, ayda orta hesabla 524 dollar qazanırlar.
2014-cü ildə xalis aylıq gəlirləri ən yüksək səviyyədə olan ölkə İsveçrə sayılıb. Bu ölkənin sakinləri ayda 6,3 min dollar vəsait əldə edirlər. Onların ardınca Lüksemburq sakinləri (4,4 min dollar) qərarlaşıb.
Kuba xalis qazanclara görə antirekord vurub. Kubalıların vergilər çıxıldıqdan sonra aylıq gəlirləri 25 dollar təşkil edir.
MDB ölkələri arasında göstəricilər belədir: Rusiya – 86-cı yer (686 dollar), Qazaxıstan – 94-cü yer (614), Belarus – 109-cu yer (502), özbəkistan – 130-cu yer (360), Ukrayna – 132-ci yer (358) və Qırğızıstan – 136-cı yer (350).
Bununla yanaşı, xəbər verilir ki, məlumatlar “Numbeo.com”un vətəndaşlar arasında apardığı sorğunun köməkliyi ilə əldə olunub. Təkcə 85 dövlət üçün statistika 100-dən artıq respondentin cavabları əsasında tərtib olunub. (report.az)