Vergilər Nazirliyinin Daxili təhlükəsizlik departamentinin baş direktoru Zeynalabdin Məmmədzadə həmin qurumun Vergi öhdəliklərinin icrasına nəzarət Departamentinin baş direktoru təyin olunub.
Bu barədə Vergilər Nazirliyi məlumat yayıb. Eyni zamanda, Vergi öhdəliklərinin icrasına nəzarət Departamentinin baş direktoru Vüqar İsmayılov Daxili təhlükəsizlik departamentinin baş direktoru təyin olunub.