XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

16 Yanvar 2017 - 17:39

Səudiyyə Krallığı OPEK-in razılaşmasından imtina edir:“Müqavilənin uzadılmasına ehtiyac yoxdur”

opec

“Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin neft hasilatının azaldılması üzrə razılaşmasının 6 aydan daha çox müddət ərzində həyata keçirilməsinə ehtiyac yoxdur”.

Bu barədə Səudiyyə Ərəbistanının energetika naziri Xalid al-Falih deyib: “İstehsalın azaldılmasına dair razılaşmanın icra edilməsi, qlobal tələbatda artımın olması ilə əlaqədar olaraq OPEC digər neft hasilatçıları ilə istehsalın azaldılması müqaviləsini uzatmağa ehtiyac duymaya bilər”, – deyə nazir qeyd edib.

O bildirib ki, neft bazarı bu ilin ikinci yarısının sonunda yenidən tarazlaşacaq. Tələbat yay aylarında artacaq və OPEC bazarlarda təklifin kafi olduğundan əmin olmaq istəyəcək: “Razılaşmanın icra edilməsi səviyyəsi və tələbat gözləntiləri nəzərə alındıqda, müqavilənin uzadılmasının vacib olduğunu düşünmürük. 2016-cı ildə bazarda yavaş-yavaş başlayan tarazlıq bu ilin birinci yarısında tam təsirini göstərəcək”.

Səudiyyə Ərəbistanı OPEC-in digər üzvləri ilə may ayında Vyanada toplaşaraq bazarı və kartelin istehsal siyasətini qiymətləndirəcək. Həmçinin OPEC üzvü ölkələr qeyri-OPEC ölkələri ilə əldə edilən razılaşma üzrə yanvar ayının sonunda Vyanada görüşərək bu ölkələrin istehsalın azaldılması razılaşmasını necə icra etdiklərini müzakirə edəcəklər. OPEC-in razılaşmasında əsas məqsəd neft hasilatını azaltmaqla qiymətin artmasına dəstək olmaqdır.