Beynəlxalq Valyuta Fondu (BVF) 2017-ci il üzrə qlobal artım proqnozunu dəyişməyib.
“Bloomberght.com” xəbər verir ki, BVF 2017-ci il üçün qlobal artım proqnozunu 3,4 faiz, 2018-ci il üzrə proqnozunu 3,6 faiz müəyyən edib.
Fond inkişaf etməkdə olan ölkələrin builki artım proqnozu 4,6 faizdən 4,5 faizə endirib, bu ölkələrin 2018-ci il üzrə artım proqnozunu isə dəyişməyərək 4,8 faizdə saxlayıb.
BVF 2017-ci il üçün Hindistan, Braziliya və Meksikanın artım proqnozlarını aşağı salıb, Çinin proqnozunu artırıb.