XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

17 Yanvar 2017 - 14:20

“Azərbaycan iqtisadiyyatı 4 faiz ətrafında kiçilib” –Qubad İbadoğlu

qubad-ibadoqlu77

"Ötən ili Azərbaycan sənayesi də tənəzüllə başa vurdu.  DSK-nın məlumatına görə, 2016-cı ildə əvvəlki illə müqayisədə sənaye istehsalı 0,4 faiz, neft hasilatı 1,4 faiz, əmtəəlik qaz hasilatı isə 3,9 faiz azalıb. Halbuki 2016-cı ilin yanvar-sentyabr aylarında sənaye istehsalı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,2 faiz artmış, neft hasilatı 0,3 faiz, əmtəəlik qaz hasilatı isə 1,6 faiz azalıb". 

Strateq.az xəbər verir ki, bu sözləri iqtsadçı Qubad İbadoğlu deyib.

Onun sözlərinə görə, ötən ilin son rübündə sənaye istehsalında artan tənəzzülün əsas səbəbi neft və qaz hasilatında məhsul istehsalının əvvəlki rübə nisbətən azalma tempinin yüksəlməsidir:

"Bununla yanaşı, sənaye sektorunda yeni açılan müəssisələrin fəaliyyətinin dayanıqlı olmaması, eyni zamanda mövcud müəssisələrin istehsal gücünün aşağı düşməsi də milli iqtisadiyyatın bu vacib bölməsində tənəzzülü şərtləndirib. Bu da öz növbəsində ümumi daxili məhsulun tənəzzülününü daha da dərinləşdirib, çünki hazırda milli gəlirin beşdə iki hissəsi sənayedə formalaşır.

Gözləntilərə görə, ötən il Azərbaycan iqtisadiyyatı 4 faiz ətrafında kiçilib. Bu o deməkdir ki, 2015-ci il səviyyəsinə qayıtmaq üçün bu il ərzində ÜDM-in artımı ən azı 4 faiz olmalıdır. Lakin Dünya Bankı Azərbaycanda 2017-ci il ərzində 1,2 faiz artım proqnoz edib".