XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

18 January 2017 - 11:37

10 bankın qorunan əmanətçilərinə 722 milyon manatdan artıqkompensasiya ödənilib

Əmanətlərin Sığortalanması Fondu tərəfindən yanvarın 17-də "Parabank" ASC-nin qorunan əmanətçilərinə 42 milyon 981 min manat (ümumi kompensasiya öhdəliyinin 98,2 faizi), "Zaminbank"ın əmanətçilərinə 52 milyon 469 min manat (ümumi kompensasiya öhdəliyinin 72,2 faizi), "Kredobank"ın əmanətçilərinə 27 milyon 770 min manat (ümumi kompensasiya öhdəliyinin 99,5 faizi) və "Dekabank"ın əmanətçilərinə 3 milyon 086 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 98,7 faizdən çoxu) kompensasiya ödənilib.

Əmanətlərin Sığortalanması Fondundan bildiriblər ki, 4 bank üzrə ödənilən kompensasiyanın ümumi məbləği 126 milyon 306 min manatdan artıqdır.

Eyni zamanda, "Atrabank" ASC-nin və "Qafqaz İnkişaf Bankı" ASC-nin qorunan əmanətçilərinə, ümumilikdə 16 milyon 245 min manatdan artıq kompensasiya ödənilib ki, bunun da 14 milyon 271 min manatı (ümumi kompensasiya öhdəliyinin 98,1 faizdən çoxu) "Atrabank"ın, 1 milyon 974 min manatı (ümumi kompensasiya öhdəliyinin 94,4 faizi) "Qafqaz İnkişaf Bankı"nın payına düşür.

"Bank of Azerbaijan" ASC-nin qorunan əmanətçilərinə 24 milyon 148 min manat (ümumi kompensasiya öhdəliyinin 97 faizi), "Gəncəbank"ın əmanətçilərinə 976 min manat (ümumi kompensasiya öhdəliyinin 94 faizi), "Texnikabank"ın əmanətçilərinə isə 120 milyon 364 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 98,1 faizi) kompensasiya ödənilib. Üç bank üzrə ödənilən kompensasiyanın ümumi məbləği 145 milyon 488 min manatdan çoxdur.

Eyni zamanda, Əmanətlərin Sığortalanması Fondu "Bank Standard" Kommersiya Bankının qorunan əmanətçilərinə 434 milyon 092 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 98,4 faizi) kompensasiya ödəyib.

Ümumilikdə, Əmanətlərin Sığortalanması Fondu tərəfindən 10 bank üzrə 722 milyon 131 min manatdan artıq kompensasiya ödənişi həyata keçirilib.