XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

18 January 2017 - 18:59

Beynəlxalq Valyuta Fondu neftin qiyməti ilə bağlıproqnozunu artırıb

Beynəlxalq Valyuta Fondu (BVF) 2017-ci il üçün neftin orta qiyməti üzrə proqnozunu 0,6 dollar artıraraq 51,2 dollar/barrel təyin edib.

Azərtac xəbər verir ki, bu barədə fondun hesabatında deyilir.

Hesabata görə, 2018-ci ildə neftin qiyməti 53 dollar/barrel səviyyəsinə çatacaq. Neftin qiymətinin artmasına səbəb Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) və digər neft istehsalçı ölkələrin neft hasilatının azaldılması üzrə müqavilə imzalaması və 2017-ci ildə Çin iqtisadiyyatının neft hasilatı sayəsində sürətli artım göstərəcəyi ilə əlaqədar proqnozlardır.

Beynəlxalq Valyuta Fondu neftin qiyməti üzrə proqnozunu 2016-cı ildə təqribən 7 dollar artırıb.