XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

18 Yanvar 2017 - 19:37

Rusiyada Azərbaycandan göndərilən xammalla işləyəcəkzavod fəaliyyətə başlayır

Rusiyanın Leninqrad vilayəti Lomonosov rayonunun Villozi kəndində kolbasa və digər ət məmulatlarının hazırlanmasında əvəzolunmaz inqrediyent sayılan nitrit duzunun istehsalı üçün zavod fəaliyyətə başlayacaq. 

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bu, ölkədə ilk belə zavoddur. 

Bu maddə Avropanın sanksiya təqbiq etdiyi nitrit-duzlama qarışıqlarına alternativ ola bilər. Yerli duzun istifadə olunması sayəsində Rusiyada ət məhsullarının maya dəyəri ucuzlaşa bilər. Bu məhsulun istehsalına yatırılan sərmayənin həcmi 60 mln. rubl təşkil edir. İstehsala qoyulan vəsaitin 3-4 ilə götürülməsi planlaşdırılır.

Fevralın əvvəlində tam gücü ilə işləməyə başlayacaq zavodun istehsal sahələrində artıq Rusiya və İspaniya istehsalı olan müasir avadanlıqlar quraşdırılıb. Zavodun ilk iş ayında təxminən 1,5 min ton məhsulun buraxılması nəzərdə tutulur. Gələcəkdə məhsulun istehsal həcmi ayda 2 min tona qədər artırılacaq. Müəssisədə xammal kimi Azərbaycan duzundan istifadə olunacaq.

Rusiyada nitrit-duzlama qarışıqlarının istehsalı zavodu təkcə Leninqradda deyil, bu ilin yay aylarında Moskva vilayətində də olacaq.
Qeyd edək ki, Villozi kəndində fəaliyyətə başlayan zavod Rusiyanın “Sol Rusi” kampaniyasına məxsusdur.