XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

19 Yanvar 2017 - 09:34

Manatın xarici valyutalara qarşı məzənnəsi açıqlanıb –RƏSMİ

manat 2

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

Bu gün ABŞ-ın milli valyutası olan dolların məzənnəsi yanvarın 18-i ilə müqayisədə 1,5% artaraq 1,8311 manat təşkil edib.

Avro da manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 1% möhkəmlənərək 1,9483 manat olub.

Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası 1,32% möhkəmlənərək 0,0308 manat səviyyəsində qərarlaşıb.

Türkiyə lirəsinin məzənnəsi 0,44% möhkəmlənərək 0,4811 manat təşkil edib.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,2482 manatdır. Beləliklə, funt sterlinqin məzənnəsində 1%-lik artım baş verib.

Gürcüstan larisinin məzənnəsi də 0,57% möhkəmlənərək 0,6879 manat olub.  (APA)