XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

20 Yanvar 2017 - 14:59

Rusiyada Poroşenkonun şirkətinə qadağa –"Roshen"lərə qarşı "qara təbilğat" öz bəhrəsini verdi

porosrnko

Ukrayna prezidenti Pyotr Poroşenkoya məxsus “Roshen” şirkətinin Rusiyanın Lipetsk şəhərindəki fabriki fəaliyyətini dayandırır.

APA-nın RBK-ya istinadən verdiyi məlumata görə, şirkət siyasi-iqtisadi səbəblərlə istehsal fəaliyyətini dayandırmaq qərarına gəldiyini açıqlayıb. Müəssisənin tam dayanması və konservasiyası bu ilin aprelində həyata keçiriləcək.     

“2013-cü ildən başlayaraq fabrikin istehsalı üç dəfə azalıb. Səbəb “Rospotrebnadzor”un 2013-cü ildə “Roshen”ə məxsus Ukrayna xammalının idxalını qadağan etməsi, Rusiya kütləvi informasiya vasitələrində aparılan fəal antiukrayna təbliğatı və piştaxtalarda “Roshen” istehsalı olan məhsulların yerləşdirilməsinə qoyulan qadağalardır”, – deyə şirkətdən bildirilib.

İstehsalın azalması səbəbindən müəssisədə kütləvi ixtisarlar aparılıb. Qalan 700 işçiyə fabrikin bağlanacağı elan edilib.

Qeyd edək ki, 2015-ci ilin aprelində Rusiyada Lipetskdə yerləşən “Roshen” fabrikinə qarşı cinayət işi qaldırılıb. Ukrayna prezidenti Pyotr Poroşenko isə müəssisəni satmaq istədiklərini, lakin buna maneələr yaradıldığını bəyan edib.