XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

21 January 2017 - 11:45

Vergi ödəyicilərinə bəyannamə təqdim etmək üçün3 gün əlavə vaxt verilib

Vergilər Nazirliyi (VN) vergi ödəyiciləri üçün bəyannamələrin təqdimetmə müddətini artırıb.

“Report”un məlumatına görə, vergi bəyannamələrinin təqdim edilməsi üçün son tarix yanvarın 20-dən 23-nə keçirilib. Başqa sözlə, vergi ödəyicilərinə 3 gün əlavə vaxt verilib. 

VN-in media və kommunikasiya mərkəzindən xəbəri “Report”a təsdiq ediblər və bildiriblər ki, sahibkarlara möhlət verilməsi yanvarın 20-nin Ümumxalq Hüzn Günü olması, növbəti tarixlərin isə şənbə və bazar günlərinə düşməsi ilə əlaqədardır: 

“Qanunvericilikdə də göstərilib ki, əgər bəyannamələrin sonuncu təqdimetmə günü hər hansı xüsusi günə təsadüf edərsə, o zaman həmin gün növbəti iş gününə keçirilir. Bu il isə “20 Yanvar faciəsi”nin ildönümü Cümə gününə düşdüyü üçün və növbəti iş günü bazar ertəsi yəni yanvarın 23-ü hesab edildiyindən vergi ödəyiciləri öz bəyannamələrini həmin gün təqdim edə bilərlər”, – deyə nazirlikdən qeyd edilib.