XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

21 Yanvar 2017 - 19:33

Buğda idxalı18,2% artıb

2016-cı ildə buğda idxalı il ərzində 18,2% artaraq rekord həddə – 1,6 mln tona çatıb, deyə Dövlətstatkom bildirir.

Buğda alınması üçün ixracatçılara $296,8 mln ödənilib. Bu, əvvəlki ildəkindən 0,6% çoxdur. Bir ton buğda $184,4-a alınıb. Bu, 2015-ci ildəkindən $34,9 və ya 16% ucuzdur.

Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, ötən il Azərbaycanda buğda istehsalı 1 mln 844 min ton olub. Bu, 2015-ci ildəkindən 10% çoxdur. Müstəqil ekspertlərin fikrincə, hökumət qəsdən taxıl istehsalının həcmini süni şəkildə şişirdir. Onların fikrincə, çörəkbişirmədə yerli buğdanın payı cüzidir.