XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

22 Yanvar 2017 - 01:21

“Hətta bu artımlarla da Gürcüstan və Ermənistandan geri qalırıq” –İqtisadçıdan maaş artımına reaksiya

mehemmed-talibli

"Bugünkü sərəncamla Azərbaycanda bu il minimum əməkhaqqı 116 manat səviyyəsində təsdiq olundu. Bu ötən illə müqayisədə 10,5 manat artım deməkdir. İllik inflyasiyanın hətta 12,4 faiz olduğunu nəzərə alsaq, ölkədə minimum əməkhaqqının ötən ilə müvafiq olaraq artım tempi inflyasiyanın sürətindən belə geri qalır". 

Strateq.az xəbər verir ki, bunu iqtisadçı ekspert Məhəmməd Talıblı minimum əməkhaqqının artırılmasına münasibət bildirərkən deyib. 

Onun sözlərinə görə, hətta bu artımlarla belə Gürcüstandan ($125) və Ermənistandan ($115) geri qalırıq:

"Bəli, bu ölkələrlə müqayisədə ən aşağı səviyyədə minimum əməkhaqqı Azərbaycandadır.

Nəzərə alsaq ki, bizdə 116 manat $61 edir, yenə də bu hədd Cənubi Qafqaz respublikaları içərisində ən aşağı göstərici hesab olunur. Cənibi Qafqazın ÜDM-nin 75 faizini formalaşdıran Azərbaycanda minimum əməkhaqqının həmin ölkələrdən müvafiq olaraq 2 və 1.9 dəfə geri qalması, sadəcə biabırçılıqdır". 

İqtisadçının sözlərinə görə, Azərbaycanda minimum əməkhaqqının 61 ABŞ dollar olduğunu nəzərə alsaq, bu, 24 iş günü ərzində günə 2,5 dollar qazanc deməkdir:

"Onu isə 8 saatlıq iş rejiminə böləndə 0,3 dollar və ya 30 sent edir. Deməli, minimum əməkhaqqı alan hər bir azərbaycanlının 1 saatda qazandığı vəsait cəmi 30 sentdir. Halbuki, Avropa Birliyinə daxil olan ölkələrində 1 saatlıq minimum əməkhaqqı səviyyəsi 9-16 dollar arası dəyişir. Bu baxımdan həm region üzrə, həm də inkişaf etmiş ölkələr üzrə minimum əməkhaqqı səviyyəsi əhəmiyyətli sürətdə aşağıdır". 

İqtisadçı sadalananları əsas gətirərək, bildirir ki, ölkədə iqtisadi rifah səviyyəsi yüksəlmir, vətəndaşların əməklərinin müqabilində gəlir əldə etmək imkanları ildən-ilə belə qalxmır:

"Bu, aylıq 61 dollarlıq səviyyəni Dünya Bankının yoxsulluq meyarları ilə müqayisə etsək, o zaman məlum olacaq ki, minimum səviyyədə əməkhaqqı alanlar yoxsul əhali qrupuna daxil olacaq.  Bu isə ölkədə gəlir bərabərsizliyinin (Cini indeksi) daha da artdığını göstərir".