XƏBƏR LENTİ

05 İyun 2020

Digər Xəbərlər

24 Yanvar 2017 - 10:50

Ötən il Azərbaycanda hasil olunan neft və qazınhəcmi açıqlandı

2016-cı ildə Azərbaycanda 41 milyon 29,5 min ton xam neft (qaz kondensatı daxil olmaqla) və 29 milyard 331,3 milyon kubmetr təbii qaz hasil olunub. Həmin qazın 18 milyard 714,7 milyon kubmetrini əmtəəlik təbii qaz təşkil edib.

Dövlət Statistika Komitəsindən Azərtac-a bildirilib ki, keçən il ölkədə neft hasilatı 1,4 faiz, qaz hasilatı isə 3,9 faiz azalıb. Ötən il Azərbaycanın mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 21,1 milyard manat olmaqla 2015-ci ilin müvafiq dövrünə nisbətdə 0,7 faiz azalıb.