XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

24 January 2017 - 19:16

Afrikadan Çinə ixrac:eşşək, toyuq ayaqları və qurudulmuş əqrəb

essek

Sudan Ticarət Nazirliyi elan edib ki, ilk dəfə Çindən eşşək, toyuq ayaqları və qurudulmuş əqrəb ixracına dair sifariş alınıb.

Strateq.az xəbər verir ki, hazırda Çin Sudanın əsas ticarət tərəfdaşıdır. Lakin bu dövlətin Çinlə bəzi kommersiya mübadilələri mübahisələrə çevrilir. Ötən il Sudanın gömrük orqanları Çinə göndərilən 200 kilo qurudulmuş əqrəbi müsadirə edib.

Afrikanın digər dövləti Niger isə ötən il Çinə 80 min (2015-ci ildə 27 min) eşşək ixrac edilib. Bununla belə, Niger və Burkina Faso daxil olmaqla, bir neçə Afrika ölkəsi artıq Çinə eşşək satışını qadağan ediblər. Qara qitədə bu heyvanın sayı təxminən üç dəfə artsa da, həmin dövlətlər ixracı məqbul bilməyib. Keniya isə əksinə, Çin tacirlərinə təxminən gündə 100 eşşəyin kəsildiyi sallaqxana açmağa icazə verib.