XƏBƏR LENTİ

06 Avqust 2020
05 Avqust 2020

Digər Xəbərlər

27 Mart 2015 - 09:14

Neftin qiyməti kəskin şəkildə artdı

Brent markalı neftin hər barreli 59,19 dollara satılıb

Səudiyyə Ərəbistanının Yəmənə hava zərbələri fonunda dünya bazarlarında neftin qiyməti kəskin şəkildə yüksəlib.

Xarici KİV yazır ki, cümə axşamı neftin qiymətlərində, demək olar ki, 5% yüksəlmə müşahidə olunub.

Londonda İCE ticarətinin yekununa görə, Brent markalı neft 2,71 dollar bahalaşaraq hər barrelə görə 59,19 dollar təşkil edib.

Qeyd edək ki, son aylarda neft bazarında qalıq çoxaldıqca geopolitik risklərə bir qədər etinasız yanaşılırdı. Lakin Səudiyyə başda olmaqla 10 ərəb dövlətinin Yəmənə hücum xəbəri yayılan kimi, bu amil bazar iştirakçılarının diqqətini cəlb etdi və neftin qiyməti artdı.