XƏBƏR LENTİ

05 İyun 2020

Digər Xəbərlər

26 Yanvar 2017 - 11:26

Ekspert:“Əhali manatın tam “üzməsi”nə davam gətirə bilməzdi”

bohran

 “Mərkəzi Bank manatın tam üzən məzənnəyə keçməsinə yol verə bilməzdi. Çünki əhalinin həyat səviyyəsi aşağıdır və çoxları bu «şok terapiya»ya davam gətirməyi bacarmazdı”.

Strateq.az bildirir ki, bu sözləri Nazirlər Kabinetinin sabiq şöbə müdiri, eskpert Oqtay Haqverdiyev manatın devalvasiya prosesini “Exo” qəzetinə şərh edərkən deyib.

Ekspert qeyd edib ki, manatın mübadilə məzənnəsi bazar iqtisadiyyatının tələb-təklifi əsasında formalaşdırılmalıdır: “Amma bu, bütünlüklə belə deyil. Kəskin devalvasiyadan qaçmaq üçün Mərkəzi Bank bazarda pul kütləsi ilə manipulyasiya edir. Milli iqtisadiyyatın və iqtisadiyyatın əsas sektorlarının Strateji Yol xəritəsinə əsasən, sərbəst üzən məzənnəyə keçilməli idi, hələ ki, bu, mümkün görünmür.

Amma ekspert deyib ki, manat hər hərrac 2-3 qəpik ucuzlaşır və Azərbaycanın valyuta bazarı yavaş-yavaş sərbəst üzən məzənnəyə keçir.

Xatırladaq ki, Mərkəzi Bank və Azərbaycan hökuməti 2017-ci ildən yeni pul-kredit siyasətinə, daha dəqiqtam üzən məzənnəyə keçmək barədə qərar verib.