XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

27 March 2015 - 11:39

Rusiya Belorusiyaya 110 milyon dollar həcmində kredit verəcək

Lukaşenko: “Bizə qardaş ölkə olsa da, həmişə təkcə Rusiyaya pərəstiş edə bilmərik”

Rusiya hökuməti Belorusiyaya 110 milyon dollar həcmində növbəti dövlət krediti verilməsini təqdir edib.

Rusiya KİV yazır ki, tranzaksiya və kurs riskərindən yayınmaq üçün kredit, həmçinin borcun qaytarılması rublla həyata keçiriləcək.

ölkənin baş naziri Medvedyev 2015-ci ilin martında hökumətin iclasında qeyd edib ki, Belorusiyaya əvvəllər verilmiş kreditlərin qaytarılması müddəti uzadılacaq ki, “çətin duruma düşmüş” tərəfdaşa yardım edilsin.

Belorusiyanın baş naziri Myasnikoviç 2014-cü ilin dekabrında bildirib ki, ölkəsi bir il ərzində Rusiya ilə ticarətdə 739 milyon dollar itirib. Bu, rublun ucizlaşması ucbatından baş verib. Belorusiya prezidenti Lukaşenko bu fonda Rusiya ilə ticarətin dollar və ya avro ilə aparılmasını təklif edib: “Bizə qardaş ölkə olsa da, həmişə təkcə Rusiyaya pərəstiş edə bilmərik. çünki, görürsünüzmü, bir bu bazar uçdu, biz də dalınca yuvarlandıq”.