XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

27 Mart 2015 - 14:50

Qazaxıstan Rusiyanın 5 ton toyuq ətini geri qaytarıb

Zəhərlənmiş 1 ton məhsul məhv edilib

Rusiyanın toyuq əti Qazaxıstanda keyfiyyətsiz hesab olunub.

Rusiya KİV yazır ki, Qazaxıstan Milli İqtisadiyyat Nazirliyinin istehlakçıların hüquqlarını müdafiə üzrə Komitəsi həmin məhsulu yoxlayıb standartdan kənar elan edib: “Zay məhsulun ümumi çəkisindən 1 tonunda patogen mikroflora tərkibi aşkarlanıb. Zəhərlənmiş məhsul məhv edilib“.

Keyfiyyətsiz əti satmış supermarketlər cərimə olunub.

Rus mətbuatı əvvəllər məlumat vermişdi ki, Qazaxıstan hökuməti rublun devalvasiyası üzündən daxili bazarda qiymətlərin kəskin şəkildə düşməsinə görə Rusiyadan gətirilən bir sıra mallara embarqo qoymaq niyyətindədir. Bu siyahıda neft məhsulları, avtomobillər, inşaat armaturu, ət, toyuq yumurtası, makaron, un, şirələr var idi.