XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

01 Fevral 2017 - 16:25

“Hər 10 manatdan 1-nin xarici borca sərf olunması…” –Ekspertdən xəbərdarlıq

mehemmed-talibli

"Azərbaycan iqtisadiyyatında xarici borcların bu sürətlə artması neqativ haldır". 

Strateq.az xəbər verir ki, bunu iqtisadçı Məhəmməd Talıblı bildirib.

Onun sözlərinə görə, həm dövlətin özünün beynəlxalq maliyyə qurumlarından aldığı borclar, həm şirkətlərin beynəlxalq qurumlardan götürdüyü kreditlər, həm də hökumətin zəmanəti ilə dövlət şirkətlərinin infrastruktur və institsional layihələr üçün aldığı borclar sürətli maliyyə axınına səbəb olub:

"Əvvəllər dövlət büdcəsi xərclərində "xidməti borclar" bölməsində daxili və xarici borcların səviyyəsi büdcə xərclərinin illər üzrə 0,5-3 faizə qədər həddində dəyişirdi. 2017-ci ilin dövlət büdcəsində isə həmin xərclər 1,6 milyard manat təşkil edəcək. Bu isə büdcə xərclərinin təxminən hər 10 manatından 1-nin sərf olunması və ya başqa sözlə desək, 9,7 faizinin sərf olunacağı deməkdir".

İqtisdaçının sözlərinə görə, xarici borcların miqyasını artıran bir neçə faktor ziyanımıza işləyir:

"Birincisi, dolların manat qarşısında dəyər qazanması və manatla əldə edilən gəliri dollara konvertasiyası zamanı ödəmə qabiliyyətinin aşağı düşməsi və əlçatanlığın zəifləməsidir.

İkincisi, xarici borclarla bağlı bağlanmış kredit sazişlərinin sayı və həcmi artır. Bu isə xarici borcun toplam həcmini artırır.

Üçüncüsü, ÜDM-in həcmi ildən-ilə zəifləyir. ÜDM-in həcmi kiçiləndə, onda xarici borcun xüsusi payı daha da artır ki, bu da təhlükəli həddə yaxınlaşmaq və qırmızı xətti keçməyimiz deməkdir.

Məlumat üçün bildirim ki, beynəlxalq normalara görə, xarici borcun həcmi ÜDM-in 40 faizini keçərsə, bu, artıq təhlükəli zolağa daxil olmaq deməkdir. Bunu ÜDM-in və xarici borcun dollarla ifadəsi onu deməyə imkan verir".

İqtisadçı deyir ki, bütün bunlara görə Azərbaycan hökumətinin maliyyə idarəçiliyində olan nöqsanları ilə bərabər, beynəlxalq maliyyə qurumlarının da məsuliyyəti az deyil:

"Açığı, mən bu məsələdə Azərbaycan hökumətinin səriştəsiz idarəçiliyi ilə bərabər, beynəlxalq birlikləri, o cümlədən maliyyə qurumlarını da qınayıram. 

Dünya Bankı başda olmaqla, digər banklar qrupu verilmiş kreditlər üzərində vətəndaş cəmiyyəti insitutlarını prosesə cəlb etməklə effektiv monitorinq işini təşkil etmədi. Bu isə şəffaflıqla bağlı problemlərin meydana çıxmasına, şübhəli və risk yaradıcı amillərin daha da güclənməsinə gətirib çıxardı. 

Mən, bunu böyük uğursuzluğun başlanğıcı hesab edirəm.  Məhz hər şey səhv start xəttindən başlandı. Bugünkü reallığımız isə həmin səbəblərin acı nəticəsi kimi meydana çıxdı".