XƏBƏR LENTİ

01 Noyabr 2020
31 Oktyabr 2020

Digər Xəbərlər

02 Fevral 2017 - 14:37

Nazir müavini:"Avropanın neft şirkətləri ilə müzakirələr gedir"

merziye-shahdayi

İran neft nazirinin müavini Mərziyə Şahdayi ölkəsinin neft-kimya sektorunda Almaniyanın "BASF", Fransanın "Total" və Böyük Britaniyanın "Shell" kimi nəhəng şirkətlər ilə müzakirələrin başladığını bildirib.

Strateq.az İran KİV-lərinə istinadla xəbər verir ki, M.Şahdayi deyib: "Son günlərdə etilen və polietilen istehsalını nəzərdə tutan neft-kimya kompleks inşaat üçün "Total" şirkətinin nümayəndəsi ilə Tehranda danışıqlar aparılıb". Onun sözlərinə görə, İran Milli Neft-Kimya Şirkəti və "Total" arasında neft-kimya sektorunda əməkdaşlıq protokolu imzalanıb. Ancaq razılaşmalarla bağlı əlavə müzakirələr gedir.

"Shell" ilə də ölkədə neft-kimya vahidlərinin inşaat üçün yekun qarşılıqlı razılaşma əldə edilməsi üçün məsləhətləşmələr davam etməkdədir. "BASF" şirkətindən bir neçə mütəxəssis qrupu da İrana gəlib. Yaxında onlarla neft-kimya sektorunda son razılaşma imzalanacağı nəzərdə tutulur", – deyə M.Şahdayi əlavə edib.