XƏBƏR LENTİ

21 Oktyabr 2020

Digər Xəbərlər

03 Fevral 2017 - 17:43

“Bank sektoru ötən ili 1,7 mlrd. manatlıq zərərlə başa vurub” –MBNP-dən hesabat

bank-87

Azərbaycanın bank sektorunun 2016-cı ili zərərlə başa vurub.

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) açıqladığı hesabata görə, 2017-ci ilin yanvar ayının 1-nə bank sektorunun məcmu zərəri 1 mlrd. 667,6 mln. manat təşkil edib.

Bundan öncə MBNP-nin açıqladığı 11 aylıq statistikada qeyd edilib ki, bank sektorunun zərəri 1 mlrd. 271,5 mln. manatdır.

Ötən ilin noyabrın 1-nə banklar üzrə hesablanmış zərər 969,5 mln. manat, oktyabrın 1-nə isə 1 mlrd. 547,1 mln. manat təşkil edib.

APA