XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

06 Fevral 2017 - 11:21

Hansı elektron xidmətlərdən vergi tutulacaq? –SİYAHI

internet

 

“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 16 dekabr 2016-cı il tarixli qanuna əsasən, Vergi Məcəlləsində edilmiş bir sıra dəyişikliklər çərçivəsində elektron ticarət sahəsi də vergiyə cəlb edilib.

Azərbaycan Banklar Assosiayasından Trend-ə verilən məlumata görə, ölkə ərazisində mülki dövriyyənin iştirakçıları arasında aparılan əməliyyatların və hesablaşmaların şəffaflığının və istehlakçıların hüquqlarının müdafiəsinin təmin edilməsi, nağd pul hesablaşmalarının nağdsız hesablaşmalarla əvəzlənməsinin stimullaşdırılması, habelə bank sisteminin inkişafının sürətləndirilməsi məqsədilə 16 dekabr 2016-cı il tarixində “Nağdsız hesablaşmalar haqqında” qanun qəbul olunub.

Qanunvericilik bazasında aparılan bu dəyişikliklərin bank sistemində nağdsız hesablaşmalar, o cümlədən ödəniş kartları ilə aparılan əməliyyatlar üzrə düzgün formada tətbiq edilməsi, vergi tətbiq ediləcək ödəniş əməliyyatlarının, xidmət və xidmət alıcıları ilə bağlı məlumatların müəyyənləşdirilməsi, həmçinin nağdsız hesablaşmaların çərçivəsinin formalaşdırılması məqsədilə Azərbaycan Banklar Assosiasiyasının nəzdində fəaliyyət göstərən “Ödəniş sistemləri və Alternativ Xidmət Kanalları” üzrə Ekspert Qrupu ilə Vergilər Nazirliyinin səlahiyyətli nümayəndələri arasında bir sıra məhsuldar görüşlər keçirilərək qarşılıqlı müzakirələr aparılıb.

Keçirilən görüşlərdə bank ictimaiyyətini yaxından maraqlandıran bir çox açıq məsələlər, o cümlədən elektron ticarət qaydasında vergi tətbiq ediləcək iş və xidmətlər, elektron pul kisəsi, mərc oyunları, lotereya, digər yarış və müsabiqələrin müəyyən edilməsində istifadə ediləcək MCC kodlar müzakirə edilmiş və aşağıdakı ilkin siyahı müəyyən edilib:

vergi elek

vergi elek02

vergi elek03

vergi elek04