“Azərbaycanla əməkdaşlıq Avropa İttifaqı üçün böyük önəm daşıyır”.
Bunu Brüsseldə Azərbaycan prezidenti İlham Əliyevlə görüşü zamanı Avropa İttifaqının xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Federika Moqerini bəyan edib.
O qeyd edib ki, Cənub Qaz Dəhlizi layihəsi Avropa İttifaqı üçün böyük əhəmiyyətə malikdir. F. Moqerini bu layihənin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında və qaz təchizatının şaxələndirilməsində mühüm rolunu önə çəkib və Avropa İttifaqının bu layihənin reallaşmasına bundan sonra da dəstək verəcəyini deyib.