XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

07 Fevral 2017 - 10:11

“Moody’s”dən Azərbaycanın daha bir bankı ilə bağlı qərar –"Unibank"ın reytinqi geri çağırıldı

moods

"Moody's" beynəlxalq reytinq agentliyi "B3" səviyyəsində olan uzunmüddətli yerli və xarici valyuta depozitləri üzrə reytinq və "Not-Prime" səviyyəsində olan qısamüddətli yerli və xarici valyuta üzrə reytinq də daxil olmaqla "Unibank" ASC-nin reytinqini geri çağırıb.

Agentlikdən "APA-Economics"ə verilən xəbərə görə, bununla yanaşı, agentlik bankın kreditin baza qiymətləndirilməsi reytinqini "b3" səviyyəsində, kontragentin risk qiymətləndirməsini isə "B2/Not-Prime” səviyyəsində təyin edərək geri çağırıb. Reytinqin geri çağırılmasından əvvəl isə bankın uzunmüddətli depozit reytinqi üzrə proqnoz neqativ olub.

Agentliyin analitikləri bildirir ki, reytinqin qorunub saxlanılması üçün bank agentliyə kifayət qədər məlumat vermir və verilən məlumatlar da həqiqəti əks etdirmir. Buna görə, "Moody's" bankın reytinqini geri çağırmalı olub.

"Bankdan verilən məlumata görə, aktivlərin ümumi həcmi 2016-cı il oktyabrın 1-nə 727,6 mln. manat təşkil edir", – deyə məlumatda bildirilir.