XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020

Digər Xəbərlər

08 Fevral 2017 - 15:41

İstanbulda Türkiyə-Azərbaycan-Gürcüstanbiznes-forumu keçiriləcək

Fevralın 17-də Türkiyənin İstanbul şəhərində İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə V Türkiyə-Azərbaycan-Gürcüstan biznes-forumunun keçirilməsi nəzərdə tutulur.

AZPROMO-dan Azərtac-a bildirilib ki, biznes-forumda Azərbaycan Respublikasının iqtisadiyyat naziri Şahin Mustafayev, Türkiyə Respublikasının iqtisadiyyat naziri Nihat Zeybekci, Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Georgi Gakharia və digər rəsmi şəxslər və iş adamlarının iştirakı gözlənilir.

Tədbir zamanı Azərbaycan nümayəndə heyətinin üzvləri ikitərəfli görüşlərdə Türkiyə və Gürcüstan iş adamları arasında özlərinə tərəfdaşlar tapmaq və iş əlaqələri qurmaq imkanı əldə edəcəklər.

Azərbaycan Respublikasının nümayəndə heyətinin tərkibində İstanbul şəhərinə səfərdə iştirak etməyə marağı olan şəxslər, tədbirdə şirkətini təmsil edəcək şəxsin adını, soyadını və vəzifəsini qısa müddət ərzində telefon və ya e-mail vasitəsilə (tel.: 012 5980147/48 daxili: 123; 119, e-mail: [email protected]) bildirmələri xahiş olunur.