XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

08 February 2017 - 17:53

Dünya Bankı TANAP-ın tikintisinə 400 milyon dollarkredit ayırıb

TANAP layihəsi üzrə Türkiyənin BOTAŞ şirkəti ilə Dünya Bankı arasında anlaşma sənədi imzalanıb.

Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə səlahiyyətli nümayəndəsi Sirlil Muller və BOTAŞ-ın baş direktoru Burhan Özcan tərəfindən imzalanan sənədə görə Dünya Bankı TANAP-ın Türkiyə üzrə tikintisinin maliyyələşdirilməsinə 400 milyon ABŞ dolları məbləğində kredit ayırıb.

Türkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayrak imza mərasimində iştirak edib. /Azərtac