XƏBƏR LENTİ

18 Yanvar 2021
17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

08 Fevral 2017 - 18:47

“Bank Standard” müfliselan edilib

2016-cı il oktyabrın 4-də 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ilə QSC “Bank Standard” KB müflis elan edilib və onun barəsində ləğv prosesinə başlanılıb. Eyni zamanda həmin qərar əsasında banka ləğvedici qismində Əmanətlərin Sığortalanması Fondu təyin edilib.

Fonddan Azərtac-a bildirilib ki, ləğvetmə prosesinin şəffaflığının təmin edilməsi məqsədilə QSC “Bank Standard” KB-nin aktivlərinin qiymətləndirilməsi KPMG-nin Azərbaycan nümayəndəliyinə həvalə olunub. QSC “Bank Standard” KB-nin aktivlərinin qiymətləndirməsi həmin şirkət tərəfindən Beynəlxalq Qiymətləndirmə Standartlarına uyğun olaraq təşkil edilib.

Xatırladaq ki, KPMG Azərbaycan KPMG Avropanın, yəni Rusiya, MDB ölkələri, Almaniya, İngiltərə, İsveçrə, Hollandiya, İspaniya, Belçika, Türkiyə, Norveç, Lüksemburq və Səudiyyə Ərəbistanının audit, vergi və hüquq, məsləhət xidməti praktikalarını əhatə edən KPMG Europe LLP-nin (KPMG ELLP) tərkibinə daxildir.

KPMG Böyük Dördlük şirkəti olaraq, dünyanın 152 ölkəsində 189 000-dən çox əməkdaşa malik olmaqla audit, vergi və məsləhət xidmətləri göstərən peşəkar şirkətlərin qlobal şəbəkəsidir.