XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

09 Fevral 2017 - 15:38

Beynəlxalq Bank ipoteka kreditlərini bərpa etməyəcək:"10 faizlə kredit vermək məntiqsizdir"

menzil

Beynəlxalq Bank bir sıra tikinti şirkətləri vasitəsilə təklif etdiyi 20 illik ipoteka kreditini dayadırdıqdan sonra, mənzil satışları kəskin aşağı düşüb.  Tikinti şirkətləri endirimlər və daxili kreditləri ilə yaranmış vəziyyəti az da olsa kompensasiya etməyə çalışırlar.

 20 illik ipoteka kreditinin nə vaxt bərpa ediləcəyi tikinti şirkətləri ilə bərabər, alıcıları da maraqlandırır.

Azərbaycan Beynəlxalq Bankından “Marja”nın sorğusuna cavab olaraq bildirilib ki, bu gün ölkədə makroiqtisadi sabitliyin təmin edilməsi hökumətin əsas prioritetlərindən biridir. Sərt monetar siyasət bu sabitliyin təmin olunması üçün zəruridir. Uçot dərəcəsinə yaxın faiz dərəcələri (15%) ilə qısamuddətli risksiz monetar alətlər olduğu halda, məhdud likvid manat vəsaitlərinin uzunmüddətli (20 il), həm də yüksək kredit və digər risklər daşıyan 10%-li kredit qoyuluşlarına yönəldilməsi Bank tərəfindən ən azı məntiqə uymayan irrasional qərar olardı.

Gələcəkdə makroiqtisadi göstəricilərdən asılı olaraq, bank ipoteka layihələrinin bərpasına qərar verə bilər”.

Bankdan o da bildirildi ki, mənzil krediti layihəsi çərçivəsində ABB ilə əməkdaşlıq edən MTK-lardan yaşayış sahəsinin alınması məqsədilə borcalana verilmiş kreditin müvafiq meyarlarla digər potensial borcalanların adına keçirilməsi mümkündür.

 Qeyd edək ki, tikinti şirkətləri müştərilərinə Beynəlxalq Bankın yaxın günlərdə krediti bərpa edəcəyini bildirirlər. Artıq bir sıra tikinti şirkəti öz Facebook səhifəsində bu barədə müştərilərə cavablar yazırlar.

 Qeyd edək ki, Beynəlxalq Bank 20 illik ipoteka kreditini illik 10%-lə təklif edirdi. İlkin ödəniş isə bəzi layihələrdə mövcud deyildi, bəzi layihələrdə isə 10% təşkil edirdi.