XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

09 Fevral 2017 - 21:33

Ekspert Qadir İbrahimli:“Əhalidən dolları ucuz qiymətə alırlar ki, yenidən baha qiymətə satışa çıxarsınlar”

qadir

“Dolların ucuzlaşmasını ciddi hadisə saymıram. Birincisi, ölkəyənin dollara tələbatı təklifdən yüksəkdir. İkincisi, ixracatda neft sektoru yenə dominant mövqeyə (85%) sahibdir. Ancaq neft satışından əldə olunan gəlirlər birbaşa bazara girmir və Neft Fondunun sərəncamına keçir. Bu baxımdan dollara təlabat yüksək olaraq qalır.

Strateq.az bildirir ki, bu sözləri iqtisadçı ekspert Qadir İbrahimli dolların ucuzlaşmasını şərh edərkən deyib.

 Ekspert qeyd edib ki, üzən məzənnənin əsas mahiyyəti əhalinin sərəncamında olan dollar ehtiyatını banklara cəlb etməkdir: “Ucuzlaşma da bu siyasətin tərkib hissəsidir – əhalidən dollar ucuz qiymətə alınır ki, az sonra yenidən baha qiymətə satışa çıxarılsın. Nəhayət, banklara imkan yaradılır ki, dollar satışından böyük qazanc götürüb, problemli kreditlər hesabına yaranan ziyanı kompensasiya etsinlər”.

Q.İbrahimli bu siyasəti hökumətin manatı xilas etməsi kimi qələmə verilməsini tənqid edib: “Kor atın kor da nalbəndi olduğu kimi, böhran hökumətinin də elə sizin kimi müdafiəçiləri olar. Bir azdan dollar bahalaşanda nə deyəcəksiniz?”