XƏBƏR LENTİ

28 Oktyabr 2020

Digər Xəbərlər

10 Fevral 2017 - 22:17

Vladimir Voronkov:"Neftin bahalaşması Rusiya büdcəsinə əlavə 25 milyard dollar qazandırıb"

neft

2016-cı ilin dekabr ayında OPEC və kartelə üzv olmayan ölkələr arasında neft hasilatının azaldılması ilə bağlı əldə olunan razılaşmadan sonra artmağa başlayan neft qiymətləri Rusiya büdcəsinə əlavə 1,5 tirlyon rubl (25 mlrd. ABŞ dolları) gəlir gətirib. 

Bunu Rusiyanın Vyanada fəaliyyət göstərən beynəlxalq təşkilatlarda daimi nümayəndəsi Vladimir Voronkov bildirib. 

Onun sözlərinə görə, Rusiya ilə OPEC münasibətlərində 2016-cı ildə əldə olunan irəliləyişlər nəticəsində neftin barelinin qiyməti 80%-dən çox artaraq 30 dollardan 55 dollara yüksəlib. Bu da Rusiya büdcəsində əlavə neft gəlirlərinin əmələ gəlməsinə gətirib çıxarıb. 

Qeyd edək ki, hasilatın azaldılması ilə bağlı razılaşmaya əsasən, Rusiya tərəfi gündəlik hasilatı 300 min barel və ya təxminən 3%-ə qədər azaltmağı öhdəlik kimi qəbul edib. / "Report"