XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

11 Fevral 2017 - 15:06

Azərbaycan bankları müştəri bazasının6%-ni itirib

2016-cı ildə Azərbaycanın bank sektorunun müştəri bazası 6,4% və yaxud 363 929 nəfər azalaraq bu il yanvarın 1-nə 5 352 456 nəfər olub. 

Bu barədə "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Hesabat ilində bank müştərisi olan fiziki şəxslərin sayı 324 565 nəfər və yaxud 5,8% azalaraq 5 282 463 nəfər, hüquqi şəxslərin sayı 39 364 nəfər və yaxud 36% azalaraq 69 993 nəfər təşkil edib.

Ötən il sahibkarlıqla məşğul olan fərdi müştərilərin sayında da azalma qeyd alınıb. Belə ki, bu kateqoriyadan olan bank müştərilərinin sayı 8 538 nəfər və yaxud 4,7% azalaraq 172 664 nəfərə düşüb.