XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

13 Fevral 2017 - 12:06

Türk şirkəti SOCAR-ın neft emalı zavodunun səhmlərini alır

petkim

“Petkim PetroKimya Holding A.Ş.” SOCAR-ın Türkiyənin İzmir şəhərinin Əliağa rayonunda, “Petkim”in ərazisində inşasını davam etdirdiyi “Star” neft emalı zavodu layihəsindəki səhmlərini artırmaq niyyətindədir.

Bu barədə “Petkim PetroKimya Holding A.Ş.”nin Türkiyənin İctimaiyyəti Məlumatlandırma Platformasında (Kamuyu Aydınlatma Platformu (KAP) yer alan məlumatında bildirilir.

"Bir şirkətlər qrupuna daxil olduğumuz "STAR Rafineri A.Ş"də 7-9 faiz səhmə sahib olacaq formada əsas ortağımız "SOCAR Turkey Enerji A.Ş."dən təxminən 12-14 faiz civarında "Rafineri Holding A.Ş." səhminin alınması üçün danışıqlar aparılır", – deyə məlumatda qeyd edilir.

Xatırladaq ki, SOCAR “Petkim”i 2008-ci ildə 2,5 milyard dollara alıb. SOCAR 2008-ci ilin mayından etibarən Türkiyədəki fəaliyyətini “SOCAR Turkey Enerji A.Ş.” (STEAŞ) adı ilə davam etdirir. STEAŞ “Petkim”də təxminən 52,32 faizlik səhmə sahibdir.