XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

14 Fevral 2017 - 09:45

Neftin qiyməti 56 dollaraistiqamətlənib

oil-1

Dünya birjalarında neft bahalaşır.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,14 dollar və ya 0,26% artaraq 53,07 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,17 dollar və ya 0,31% artaraq 55,76 dollar olub.

Rəqəmlərdən də göründüyü kimi, ötən gün müşahidə olunan ucuzlaşmadan sonra bugünkü ticarət sessiyasının əvvəlində "qara qızıl" dəyər qazanmaqdadır. İnvestorlar dilemma qarşısındadır: bir yandan OPEC sutkalıq neft hasilatını azaldıb, digər tərəfdən isə ABŞ-ın kommersiya ehtiyatları artım nümayiş etdirir. "Bloomberg" agentliyinin sorğu keçirdiyi analitiklər qeyd edir ki, ABŞ-ın neft ehtiyatları 6 həftə ard-arda artır. Sonuncu həftə artım 3,5 mln. barel təşkil edib. ABŞ-ın Energetika Nazirliyi neft ehtiyatlarının həcminə dair növbəti hesabatı sabah açıqlayacaq.

"İnterfax" agentliyinin apardığı hesablamalar isə göstərir ki, OPEC üzvləri hasilatın azaldılmasına dair razılaşmaya 93% əməl edir. /APA