XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

14 Fevral 2017 - 11:11

Banklar dolların alış və satış məzənnəsini yenə qaldırdı –SİYAHI

banka

Bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) dolların məzənnəsini stabil saxlamasına baxmayaraq, banklarda valyutanın satış və alış qiymətlərinin daha da bahalaşması müşahidə olunur.

Strateq.az Fins.az-a istinadən xəbər verir ki, dünən dolları 1,6000 manata alıb, 1,7310 manata satan “Accessbank” bu gün 1,6300 manata alır, 1,7600 manata satır.

“Bank of Baku” da dolların alış və satış məzənnələrini yüksəldib. Fevralın 13-də alış 1,68, satış 1,79 manat idi. Bu gün isə dolların alışı 1,7, satışı 1,8 manatdır.

“Turanbank” da həmçinin, alışı 1,6000 manatdan 1,6700 manata, satışı 1,7800 manatdan 1,73 manata qaldırıb.