XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

14 February 2017 - 18:30

“Bloomberg”də Azərbaycanla bağlı nöqsan –Hasilat düzgün göstərilməyib

oil

Yanvar ayı ərzində OPEC ölkələri neft hasilatının azaldılması ilə bağlı razılaşmaya 93% əməl edib. Bu barədə "Bloomberg" agentliyi tərəfindən aparılan araşdırmanın nəticələri göstərir.

Başqa sözlə, OPEC ölkələri sutkalıq hasilatı 1,078 mln. barel azaldıb. Halbuki yanvar ayı üzrə hədəf 1,164 mln. barel/sutkada olub.

Kartelə daxil olmayan ölkələr isə yanvarda hasilatı 558 min barel azaltmalı olduğu halda, sutkalıq hasilatı cəmi 270 min barel azaldıb. Beləliklə, öhdəliyə 48% əməl edilib.

"Bloomberg" agentliyinin OPEC və Beynəlxalq Enerji Agentliyinin təqdim etdiyi rəqəmlərə əsasən tərtib etdiyi cədvəldən məlum olur ki, Azərbaycan yanvar ayında sutkalıq 808 min barel neft hasil edib. /APA