XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

16 Fevral 2017 - 14:28

Rusiya Azərbaycanla “Abşeron” yatağı ilə bağlı danışıqları dayandırıb

neft

“"Rosneft" və SOCAR "Abşeron" yatağı üzrə aktiv danışıqlar aparmır”.

Bunu "Rosneft"in departament direktoru Kris İnçkomb "Interfax" agentliyinə müsahibəsində bildirib.

 "Sözügedən yataqla bağlı aktiv danışıqlar getmir. Lakin biz Xəzər dənizindəki başqa layihələrin qiymətləndirilməsini davam etdiririk", – deyə o bildirib.  Bundan öncə SOCAR prezidenti Rövnəq Abdullayev Ümumdünya Enerji Forumunda bildirib ki, "Rosneft" "Abşeron" yatağına maraq göstərir. SOCAR prezidenti əlavə edib ki, "Rosneft" SOCAR-ın "yalnız "Abşeron" üzrə tərəfdaşı deyil".

 SOCAR-ın hesablamalarına görə, adıçəkilən yatağın ehtiyatları 150-300 mlrd. kubmetr təşkil edir. Layihənin səhmdarları SOCAR, "Total" (hər biri 40%) və "GDF Suez" (20%) şirkətləridir.