XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

16 Fevral 2017 - 17:41

Azərbaycan xam neft ixracından gəlirlərini21% artırıb

oil

Azərbaycanın ümumi ixracının 82,49%-i neftin hesabına düşür. Cari ilin yanvar ayında 663 mln. 768,37 mln. dollar dəyərində 1 mln. 652 min 458,12 ton xam neft ixrac olunub. Ötən ilin yanvar ayı ilə müqayisədə Azərbaycanın neft ixracından gəlirləri 21,27% artıb. Hərçənd ixrac olunan neftin həcmi 17% azalıb.

Ötən ay 57 min 721,32 ton neft məhsulları (710 mal kodu üzrə) ixrac olunub. İxrac olunan məhsulların ümumi dəyəri 21 mln. 573,94 min dollardır. İxrac olunan neft məhsullarının həcmi 64% azaldığı halda, dəyər 31% azalıb. Neft məhsullarının ümumi ixracda payı 2,68% olub.

Yanvarda Azərbaycandan ümumi həcmi 209 mln. 79,77 min kubmetr, dəyəri isə 26 mln. 988,55 min dollar olan təbii qaz ixrac olunub. İxrac olunan təbii qazın həcmi 6,7 dəfə, dəyəri isə 15,4 dəfə artıb. Təbii qazın ixracda payı 3,35%-dir.

Beləliklə, yanvarda neft məhsullarının ümumi ixracda payı 88,52% təşkil edib.

Ümumilikdə, yanvarda Azərbaycandan 804 mln. 627,99 min dollarlıq mal ixrac olunub ki, bu da ötən ilin müvafiq ayı ilə müqayisədə 25,71% çoxdur.