XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

17 February 2017 - 16:58

“Azərbaycan Beynəlxalq Bankı”na sığorta agenti lisenziyası verildi –Palatadan qərar

palata-maliyye

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurasının 15 fevral 2017-ci il tarixli qərarına əsasən “Azərbaycan Beynəlxalq Bankı” (ABB) ASC-yə sığorta agenti fəaliyyətinə lisenziya verilib.

Bu barədə Strateq.az-a Maliyyə Bazarlarına Nəzarət Palatasından açıqlama verilib.

Bildirilib ki, Palatanın Direktorlar Şurasının iclasında sözügedən lisenziyanın verilməsi ilə bağlı ABB-nin müraciətinə baxılaraq, müsbət qərar qəbul edilib: "Lisenziya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 86.1-ci maddəsinə və palatanın Nizamnaməsinin 5.3.20-ci bəndinə əsasən verilib".