XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

18 Fevral 2017 - 11:23

Qətər Azərbaycanla strateji əməkdaşlığı genişləndirəcəksahələri açıqladı

Qətər və Azərbaycan arasında strateji əməkdaşlığın yüksək səviyyəsinə nail olmaq üçün, kənd təsərrüfatı, turizm və tikinti sahəsində böyük potensial var.

Bu barədə eksklüziv olaraq "Trend"ə Qətərin Azərbaycandakı səfiri Yusif bin Həsən əl-Sai deyib.

Səfir bildirib: "Azərbaycanla Qətər arasında ticari-iqtisadi əməkdaşlığın hazırki səviyyəsi mövcud normativ-hüquqi baza və böyük potensiala baxmayaraq, siyasi münasibətlərin yüksək səviyyəsinə uyğun deyil".

Diplomatın sözlərinə görə, birgə investisiya fondunun yaradılması iqtisadi, investisiya sahələrində inkişafa təkan verəcək.

Yusif bin Həsən əl-Sai bildirib: "Mən əminəm ki, yaxın vaxtlarda Azərbaycan və Qətər arasında iqtisadi və investisiya sahəsində əməkdaşlığın genişlənməsinin şahidi olacağıq ki, bundan hər iki tərəf xeyir görəcək".

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2016-cı ildə Azərbaycanla Qətər arasında mal dövriyyəsi 2,9 dəfə azalaraq 170, 24 min dollar təşkil edib.